12 C
Baku
Wednesday, December 11, 2024

Pul nişanlarının reproduksiyası qaydası müəyyənləşəcək

Pul nişanlarının reproduksiyası qaydası müəyyənləşəcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 934-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Mərkəzi Banka pul nişanlarının reproduksiyası qaydasını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə olunub.

Eyni zamanda Mərkəzi Banka altı ay müddətində ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydalarını, həmçinin ödəniş alətlərinə dair tələbləri təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər