Azərbaycanda banklar ABŞ dolları ilə depozit cəlbini hazırda 0.10%-2.5% illik gəlirliliklə təklif edirlər.
Banker.az xəbər verir ki, ən çox illik gəlirlilik təklif edən “Accessbank” QSC tərəfindəndir. Hazırda bank ABŞ dollarında əmanətləri 4% gəlirlilik təklif edir. Digəri isə “Rabitəbank” QSC-dədir – 3% illik gəlirlilik.
Hər iki bank hazırda digər sığortalana bilən əmanətləri isə 2.5% illik gəlirliliklə təklif edir.
Belə ki, hazırda “Əmanətlərin sığortalanması haqqında” qanuna görə, xarici valyutada olan depozitlərin illik gəlirliliyi 2.5%-dən yuxarıda olduqda, ADIF tərəfindən sığortalanmır.
Ölkədə cəmi 6 bank var ki, ilik gəlirlik faizi 2.5%-dir.