20 C
Baku
Friday, May 10, 2024

Birjalarda bitkoin ticarəti son beş ilin minimumuna düşüb

Avqust ayında bitkoinin (BTC) ticarət həcmi 10 noyabr 2018-ci ildən bəri ən aşağı səviyyəyə düşüb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. “CryptoQuant”ın məlumatına görə, avqustun 12-də bütün birjalarda bitkoinlərin həcmi 112 317 BTC-ə düşüb ki, bu da demək olar ki, beş ilin ən aşağı səviyyəsi olub.

İndi ticarət həcmi 3.5 milyondur və bu, mart ayının ən yüksək göstəricisindən demək olar ki, 94% aşağıdır. “Ayı bazarlarında pərakəndə investorların getməsi ilə əlaqədar ticarət həcmi azalır. Bu, əksər birjalarda 2022-ci ildə baş verib. Biz öküz bazarına doğru irəlilədikcə, ticarət həcmi artmağa davam edə bilər”, – “CryptoQuant”ın tədqiqat rəhbəri Julio Moreno bildirib.

“CNBC”nin aydınlaşdırdığı kimi, ABŞ-ın kriptovalyuta ilə bağlı tənzimləmə tədbirləri, may ayında bank böhranının sona çatması ilə birlikdə market-meykerləri və treyderləri bazardan çıxmağa məcbur edib.

Avqustun ortalarında bitkoinin məzənnəsi 11% azalaraq 25 000 dollar təşkil edib. Bakı vaxtı ilə saat 10:28-ə olan məlumata görə, valyutanın qiyməti 0.29% artaraq 26 013 dollara çatıb. “AltIndex” tədqiqatçılarının məlumatına görə, ilin əvvəlindən bu yana 5 ay ərzində bazara 1023 yeni kriptovalyuta növü daxil olub, onların ümumi sayı 9708 olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər