Çinin elektrikli avtomobil istehsalçısı “Polestar” ikinci rübdə proqram təminatı gecikmələri və artan rəqabət səbəbindən 304 milyon dollar zərər edib.
Bu barədə “Polestar”ın yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, ikinci rübdə şirkətin gəlirləri Böyük Britaniya və İsveçdə artıb, lakin ABŞ və Çin kimi əsas bazarlarda azalıb.
“Polestar”ın səhm qiymətləri isə təxminən 65 faiz aşağı düşüb.