Bu ilin yanvar-avqust aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 63 milyon 404 min manat sığorta haqqı toplanılıb.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54.3% çoxdur. 2022-ci ilin 8 ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 41 milyon 81 min manat təşkil edib.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 6.3 dəfə artaraq 4 milyon 737 min manat olub.