Aparılan araşdırmalara görə, yaxşı yaddaşın əsası sağlam həyat tərzidir. İş və istirahət rejiminə riayət etmək, düzgün qidalanma, idmanla məşğul olmaq lazımdır.
İstənilən yeni bacarıq beyin funksiyasını yaxşılaşdıra bilər. Nevqoloq Rojkov marşrutları və işə getmək üçün istifadə etdiyiniz nəqliyyatı vaxtaşırı dəyişməyi məsləhət görür.
Bundan əlavə, xüsusi məşqlər və barmaq hərəkətləri yaddaşı gücləndirməyə kömək edir.
Həkimin fikrincə, ən vacibi mütəmadi olaraq yeni nələrisə sınamaqdır. Bu yaddaşınızı tonusda saxlayacaq.