“Azərişıq” ASC “19 Saylı Tikinti Təmir İdarəsi”MMC ilə 5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Azərişıq” ASC Kəlbəcər (Yanşaq,Keşdək, Zod və Hospital), Laçın(Qaragöl və Zabux-Malıbəyli yolu) rayonları ərazisində yerləşən yaşayış məntəqələri, Zəngilan və Qubadlı şəhər ərazisində yerləşən hərbi hissələrin xarici elektrik təchizatı işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4.681.537 AZN-dir.