14 C
Baku
Saturday, November 23, 2024

“Azəristiliktəchizat” vətəndaşlarla müqavilə bağlamağa başlayıb

“Azəristiliktəchizat” ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına başlayıb.

Bu barədə  qurumdan bildirilib.

Məlumata görə, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. Bununla bağlı “Azəristiliktəchizat”ın əməkdaşları Cəmiyyətdə işlədiyini təsdiq edən vəsiqəni təqdim etdikdən sonra müqavilə bağlanması üçün istehlakçıdan zəruri sənədləri – mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surəti təqdim etməyini xahiş edir. Müvafiq sənədlər əsasında “Azəristiliktəchizat” və istehlakçı arasında müqavilə imzalanır.

Sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumatlar verilib, bütün binaların girişlərinə elanlar vurulub. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.

Əlavə məlumatlar üçün istehlakçılar qurumun (012) 956 qısa nömrəli Qaynar Xətti ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər
Digər xəbərlər