3 C
Baku
Saturday, December 14, 2024

MDB hökumət başçılarının növbəti iclası 2024-cü ildə bu ölkədə keçiriləcək

“Gələn ilin mayında Aşqabadda MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası keçiriləcək”.

Bunu Bişkekdə Birlik ölkələrinin hökumət başçılarının görüşündə Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov deyib.

“Şuramızın iclasının 2024-cü ilin mayında Aşqabadda keçirilməsi qərara alındı” – o bildirib.

Onun sözlərinə görə, baş nazirlərin ilkin görüşü gələn il mayın 23-24-də keçiriləcək.

Qeyd edək ki, Bişkekdə keçirilən iclasda Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan hökumət başçıları, Azərbaycan, Ermənistan və Türkmənistan baş nazirlərinin müavinləri, həmçinin Avrasiya İqtisadi İttifaqı strukturlarının və Birlik İcra Hakimiyyətinin nümayəndələri iştirak edirlər.

Son xəbərlər
Digər xəbərlər