Bu gün depozitlərin 82%-i bir ilədək olan əmanətlədir. Bu da bankların uzun müddətli biznes kreditləri verilməsinə mane olur.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, fevral ayında vergi güzəşti vaxtı bitəndən sonra 30 minədək olan depozitlərin artım tempi azalıb: “Dəyişiklik layihəsində məhz bu seqmentin stimullaşdırılması nəzərdə tutulur. Fiziki şəxslərin əmanətlərin vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir”.
“Ölkədə nağdsız ödənişlərin artırılması siyasətimizin əsasını təşkil edir. Sırf belə ödənişlərin sayı 2.3 dəfə artıb. Keçən həftədən banklararası kartlarla olan komissiya haqlarının azaldılması ilə bağlı qərar qəbul edilib.”