15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycan şirkətləri xaricdən palma yağının alışını 29% azaldıblar

Azərbaycan 2023-cü ilin ilk üç rübü ərzində xaricdən idxal etdiyi palma yağının həcmini 29 faiz azaldıb.

Banker.az-ın əldə etdiyi məlumata əsasən qeyd edilən müddətdə xaricdən 36.6 min ton həcmində xam palma yağı gətirilib. Bunun da idxal dəyəri $42.59 milyon təşkil edib.

2022-ci ilin ilk üç rübündə xaricdən ölkəyə 51.35 min tonluq xam palma yağı gətirilmişdi və gömrükdən keçən qida məhsulunun statistik dəyəri $85.96 milyon təşkil edib.

Ötən il Rusiya-Ukrayna müharibəsi səbəbindən qida məhsullarındakı bahalaşma palma yağına da təsir etmişdi.

Bunun nəticəsində də, Azərbaycan xaricdən aldığı palma yağının bir tonu orta hesabla $1 674 idi. 2023-cü ildə isə bu rəqəm ton üzrə $1 163 təşkil edib. İllik müqayisədə bu 30% qiymət azalmasıdır.

Son xəbərlər
Digər xəbərlər