11 C
Baku
Monday, November 25, 2024

Azərbaycana investisiya qoyuluşu 17%-dən çox artıb

2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258.0 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17.1 faiz çox vəsait yönəldilmişdir.

Banker.az xəbər verir ki, Neftqaz sektoruna yatırılmış investisiyaların həcmi 20.4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15.4 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 8414.6 milyon manatı və ya 59.0 faizi məhsul istehsalı sahələrinə, 5108.0 milyon manatı (35.8 faizi) xidmət sahələrinə, 735,4 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11031.1 milyon manatını və ya 77.4 faizini daxili vəsaitlər təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 10444.4 milyon manatı və ya 73.3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur

Son xəbərlər
Digər xəbərlər