Azad edilmiş ərazilərdə karbon neytrallığı zonasının yaradılması üçün işlər görülür.
Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada məlumat verib.
O, işğaldan azad olunan ərazilərdə karbon neytrallığı zonasının yaradılmasının əsas hədəfərindən biri olduğunu bildirib: “Bunun üçün artıq işlər görülür. İqlim dəyişmələri məsələləri ölkənin strateji sənədlərində, dövlət proqramlarında yer alıb. Biz bütün bunlarla ölkə qarşısında qoyulan hədəflərə nail olacağıq”.