Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Rəşad Məsim oğlu Məmmədovu özünə müşavir təyin edib.
Bununla da, Mərkəzi Bankın sədrinin müşavirlərinin sayı 4-ə çatıb.
R.Məmmədov bundan əvvəl “PAŞA Bank” ASC-də çalışıb. O, 2015-2017-ci illərdə Bankın Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə isə Əməliyyat departamentinin direktoru işləyib.