9 C
Baku
Thursday, December 26, 2024

Əhali nağd $1.5 milyardı banklarda manata dəyişdirib – İlk dəfə bankların illik alışı satışı üstələyir

Azərbaycanda bu il valyuta bazarı sabitdir və ölkədə banklar noyabrda əhalidən nağd şəkildə 130.44 milyon ABŞ dolları aldığı halda, onlara cəmi nağd 120.34 mln. dollar satıblar.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Yeddi aydır ki ard-arda alış satışı üstələyir. Yəni 2023-cü ilin 3 ayını istisna qalan bütün aylarda əhalidən banklara doğru dollar axını var.

İlin ilk 11 ayında banklar əhaliyə nağd 1 milyard 337 milyon dollar satmış, əvəzində 1 milyard 495 milyon dollar alış həyata keçiriblər.

Bununla da, son illərdə ilk dəfə ümumi aylar üzrə bankların əhalidən aldığı nağd dollar satışdan üstün olub. Belə ki, 2023-cü ilin ilk 11 ayında əhalidən banklara doğru 158 milyon dollar “axını” olub.

photo 2023 12 29 10 14 26

Manatın konvertasiya məzənnəsi orta ölçüdə oktyabrda 1.6983 USD/AZN olduğu halda, noyabrda 1.6982 USD/AZN-ə düşüb.

ABŞ dollarının valyuta bazarında bol olması Mərkəzi Bank tərəfindən də təsdiqlənir. Hətta AMB son açıqlamalarında valyuta bazarında alışyönlü mövqedə dayandığı, bu bazarda manatını dollara konvertasiya etdiyini bildirir.

Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələmişdir. Bu da onun xarici valyuta ehtiyatlarının artımına səbəb olub.

Bu şəraitdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş 1.4 mlrd. ABŞ dolları təşkil etmişdir. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 20.3% artaraq 10.8 mlrd. dolları keçmişdir.

Tənzimləyici bunu ölkənin tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə əlaqələndirir. İlin ilk 9 ayında ölkənin tədiyyə balansı 6.7 mlrd. ABŞ dolları olub və bu ÜDM-in 12.5%-idir.

 

Son xəbərlər
Digər xəbərlər