6 C
Baku
Sunday, December 15, 2024

Tramp seçkidə qalib gələcəyi təqdirdə rəqəmsal dolları qadağan edəcəyinə söz verib

ABŞ-ın 45-ci prezidenti Donald Tramp rəqəmsal dolları “hökumət tiranlığını” həyata keçirmək üçün bir üsul adlandırıb. O, söz verib ki, dövlət başçısı seçilsə, belə bir valyutanın peyda olmasına imkan verməyəcək.

“Prezidentiniz olaraq mən heç vaxt Mərkəzi Bankın rəqəmsal valyutasının yaradılmasına icazə verməyəcəyəm. Belə bir valyuta federal hökumətə pulunuz üzərində mütləq nəzarət imkanı verəcək”, – deyə cənab Tramp bildirib.

Federal Ehtiyat Sistemi (FED) rəqəmsal dolların yaradılması imkanlarını araşdırır, lakin bu məsələ ilə bağlı qərar qəbul etməyib. Tənzimləyici qanunvericilik və icra hakimiyyəti orqanlarının dəstəyi olmadan fəaliyyət göstərmək niyyətində deyil. “Bloomberg”ə görə, rəqəmsal dollar ideyası hökumətə alışları izləməyə imkan verəcəyinə inanan mühafizəkarların müqaviməti ilə üzləşib. Bundan əvvəl Respublikaçılar Partiyasının praymerizlərində Donald Trampın rəqibi, Florida qubernatoru Ron DeSantis rəqəmsal dolların yaranmasının qarşısını alacağına söz vermişdi.

Son xəbərlər
Digər xəbərlər