13 C
Baku
Saturday, November 23, 2024

Rusiya 2023-cü ildə Çinin ən böyük neft tədarükçüsü olub

“Reuters” Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin şənbə günü dərc olunmuş məlumatlarına istinadən yazıb ki, Rusiya 2023-cü ilin sonunda Səudiyyə Ərəbistanını keçərək Çinin ən böyük neft tədarükçüsü olub.

Məlumatlardan belə çıxır ki, ötən il Rusiyadan Çinə neft tədarükü rekord həddə – 107.02 milyon ton və ya sutkada 2.14 milyon barelə çatıb. Agentlik qeyd edir ki, buna Qərbin məhdudiyyətləri fonunda Çin (və Hindistan) neft emalı zavodları üçün Rusiya xammalına dünya qiymətləri ilə müqayisədə endirimlər kömək edib.

2022-ci illə müqayisədə Rusiyadan Çinə neft ixracı 24% artıb. Təchizatların dəyəri 60.6 milyard dollar (+3.5%) təşkil edib.

Son xəbərlər
Digər xəbərlər