13 C
Baku
Friday, November 22, 2024

İnvestorların üçdə biri “Bitcoin”in 20 min dollardan aşağı düşəcəyini gözləyir – “Deutsche Bank”

Yanvarın 11-də 48.7 min dollar pik həddinə çatdıqdan sonra “Bitcoin”in məzənnəsi demək olar ki, 10 min dollar azalıb və bir çox pərakəndə investorlar onun ilin sonuna qədər daha da aşağı düşəcəyinə inanırlar.

“Deutsche Bank”ın araşdırma qrupunun yanvarın 15-dən 19-dək apardığı sorğuda ABŞ, Böyük Britaniya və Aİ ölkələrindən 2000 investor “Bitcoin”in qiyməti və dəyişkənliyi ilə bağlı fikirlərini bildirib. Hesabata görə, respondentlərin üçdə birindən çoxu hesab edir ki, gələn ilin yanvarına qədər “Bitcoin”in qiyməti 20 min dollardan aşağı olacaq. Respondentlərin təxminən 15%-i ilin sonuna kimi qiymətin 40 min dollardan 75 min dollara qədər olacağını gözləyir.

Bakı vaxtı ilə saat 11:30-da ən populyar kriptovalyuta 40 137 dollara ticarət edib. İkinci ən böyük kriptovalyuta “Ethereum” (ETH) həftə ərzində təxminən 13% qiymət itirərək 2.24 min dollara olub.

Kapitallaşmaya görə ilk 10-luğa daxil olan digər kriptovalyutalar da son yeddi gündə ucuzlaşıb. “Solana” tokeni (SOL) həftə ərzində 12%-dən çox qiymət itirib, “Ripple”, “Cardano” (ADA), “Dogecoin” (DOGE) və “Avalanche” (AVAX) isə 10%-dən 16%-ə qədər ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər