26 C
Baku
Wednesday, October 2, 2024

Türkiyə Ruttenin NATO-nun baş katibi təyin edilməsi üçün şərtlər qoyub

Türkiyə Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyinin təsdiqi üçün şərtlər qoyub. “Bloomberg” mənbələrə istinadən xəbər verir ki, Ankara xüsusən də cənab Ruttedən Türkiyənin uzun müddətdir ərazi mübahisələri olan Yunanıstan və Kiprə qarşı neytrallığa zəmanət verməsini istəyir.

Agentliyin həmsöhbətləri bildiriblər ki, Türkiyə baş katibliyə namizəddən Ankaranın NATO-nun Avropa İttifaqı ilə tərəfdaşlığında iştirakına icazə verməsini və NATO müttəfiqləri arasında müdafiə ticarətinə məhdudiyyətlər qoymamasını istəyir.

Eyni zamanda “Bloomberg” mənbələri iddia edir ki, Türkiyə rəhbərliyi Mark Ruttenin NATO-ya başçı təyin olunmasına müsbət yanaşır. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Ankara hələlik cənab Rutteyə onun namizədliyinin təsdiqi üçün tələb olunan tələblərin siyahısını təqdim etməyib.

Hazırda Yens Stoltenberq NATO-nun baş katibi vəzifəsini tutur. O, 2014-cü ilin oktyabrından alyansa rəhbərlik edir. NATO-nun baş katibi bu vəzifəyə namizədlər irəli sürən alyansa üzv ölkələr arasında qeyri-rəsmi məsləhətləşmələr yolu ilə təyin edilir. O, dörd il müddətinə seçilir, lazım gələrsə, müddət uzadıla bilər.

Son xəbərlər
Digər xəbərlər