Azərbaycan iqtisadiyyatına 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərindən cəlb olunmuş birbaşa investisiyaların həcmi ötən il kəskin artıb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Belə ki, 2023-cü ildə BƏƏ-dən Azərbaycan iqtisadiyyatına 318.97 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırılıb.
Bu da 2022-ci ildə qeydə alınmış 80.39 mln. dollardan 238.57 mln. dollar və ya 297% (4 dəfəyə yaxın) artım deməkdir.
xarici investisiyalar