Böyük Britaniyanın maliyyə və peşəkar xidmətlər sektoruna xarici investisiyalar 2023-cü ildə iki dəfə azalaraq 1 milyard funt sterlinq (1.25 milyard ABŞ dolları) təşkil edib.
Bu barədə “Reuters” agentliyi London şəhərinin hesabatına istinadən məlumat yayıb.
Bildirilib ki, 2022-ci ildə investisiya axınının rekord həddə çataraq – 2 milyard funt sterlinq təşkil edib. Ötən il iqtisadi şərtlərin pisləşməsi fonunda investisiya axını iki dəfə azalıb. ABŞ əsas investisiya mənbəyi olub. O, 1 milyard funt sterlinq ümumi məbləğin 40%-dən çoxunu təmin edib.
Məlumata görə, bütün investisiya layihələrinin üçdə biri – 227 milyon funt sterlinq aktiv idarəçilərin payına düşüb.