Ağdaş rayonunda intihar hadisəsi baş verib. Banker.azın Lent.az-a istinadən məlumatına görə, rayon sakini, 1986-cı il təvəllüdlü Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Bildirilir ki, T.Allahverdiyev ailəli, 2 uşaq atası olub. Onun banka xeyli kredit borcu varmış.