17 C
Baku
Friday, October 18, 2024

“AGA Group”un kredit biznesinin xalis mənfəəti niyə azalıb? – 2023-CÜ İL ÜZRƏ HESABAT

“AGA Group” şirkətlər qrupuna daxil olan “City Finance BOKT” MMC 2023-cü ildə xalis mənfəəti azalıb.

Banker.az bunu BOKT-nin illik audit edilmiş hesabatına istinad edir.

2022-co ildə 3.013 mln. manat xalis mənfəət əldə edildiyi halda, 2023-cü ildə bu rəqəm 15% daha az, 2.551 mln. manat təşkil edib.

BOKT-nin xalis mənfəətinə əsas təsir edən amil onun kreditlər üzrə ayırmakarın yüksəlməsidir. 2022-ci ildə 0.1 mln. manat kreditlər üzrə ehtiyat xərci çəkdiyi halda, 2023-cü ildə bu rəqəm 0.782 mln. manata qədər sıçrayıb.

“City Finance BOKT” MMC-nin 2023-cü ildəki gəlirləri illik müqayisədə 17% artaraq 6.25 mln. manat təşkil edib.

BOKT 2023-cü ildə kredit portfelinin həcmini illik 2% artımla 24.202 mln. manata yüksəlib. Cəmi aktivlərin həcmi 25.581 mln. manata qədər artıb. Müddət ərzində “AGA Group”un BOKT-si ümumi öhdəliklərini 14.915 mln. manatdan 12.922 mln. manata endirib.

Kapitalın həcmi xalis mənfəət səbəbindən 10.023 mln. manatdan 12.659 mln. manata yüksəlib. Kapitalın 5 mln. manatı nizamnamə, 7.659 mln. manatı bölüşdürülməmiş mənfəətdir. BOKT-nin təsisçisi hələ ki, mənfəəti bölüşdürməyə tələsmir və kapital mövqeyini güclü saxlamaqda maraqlı görünür.

Xatırladaq ki, BOKT 2013-cü ildə təsis edilib və nizamnamə kapitalı 5 mln. manat təşkil edir. Kapitalının72.5%-i “AGA Group”a (3 mln. 625 min manat) və 27.5%-i (1 mln. 375 min manatı) Habib Zadeh Mohammed Reza Parvizə məxsusdur.

1 2 1 3 4

Son xəbərlər
Digər xəbərlər