2023-cü ildə “Kapital Bank”da kartdan karta köçürmə əməliyyyatlarının (“card to card”) həcmi 14 mlrd. 898,7 milyon manata çatıb.
Bu barədə bankdan bildirilib. Məlumata görə, “card to card” köçürmələrinin həcmi 2023-cü ilin ilin əvvəlindən artmaqda davam edir. Bu əməliyyatların aylıq həcmi ötən ilin may ayında 1 mlrd. manatı, 2023-cü ilin dekabr ayında isə 2 mlrd. manatı ötüb. Ən yüksək aylıq göstərici isə bu ilin mart ayında qeydə alınıb. Bir ayda “Kapital Bank”da sözügedən əməliyyatların həcmi 2 mlrd. 74,6 mln. manata kimi artıb.
Bu ilin yanvar-aprel aylarında isə bankda “card to card” əməliyyatlarının həcmi 7 mlrd. 571 mln. manata yüksəlib.
“Kapital Bank”da həmçinin, mobil nömrələr üzərindən köçürmələrin həcmi artır. 2023-cü ildə bu köçürmələrin həcmi 139,7 milyon manat təşkil edib. Bu ilin yanvar-aprel aylarında isə mobil nömrə üzərindən köçürmələr 65,4 mln. manata bərabər olub.