10 C
Baku
Tuesday, November 26, 2024

AccessBank-ın 2.5 mln. dollarlıq istiqrazları üzrə hərracın tarixi açıqlandı

11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AccesBank” QSC-nin buraxılış həcmi 2,5 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“ACCESSBANK” QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2006004280

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu

Rəqabətli hərrac

İstiqrazın sayı

2500 (ədəd)

İlkin ticarət qiyməti

1,000 ABŞ dolları

Buraxılış həcmi

2,500,000 ABŞ dolları

İllik gəlirlilik faizi

6%

Ödəmə Periodu

Hər 3 ayda bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)

Tədavül müddəti

18 ay

Ticarətə buraxılma tarixi

14.06.2024

Anderrayter

“Unicapital İ.Ş” ASC

Son xəbərlər
Digər xəbərlər