Böyük Britaniya Moskva birjasına qarşı sanksiyalar tətbiq edib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Bildirilir ki, sanksiya siyahısına Milli Hesablaşma Depozitarisi, Sankt-Peterburq birjası və “İnqosstrax” da daxil olmaqla 40-dan çox yeni bənd əlavə edilib.