2 C
Baku
Saturday, December 14, 2024

“Shell” daha 3.5 mlrd. dollarlıq “buyback” elan edib

Britaniya və Hollandiyanın neft-qaz şirkəti “Shell” ikinci rübdə mənfəətini əvvəlki rüblə müqayisədə 19% azaldıb və gəlirlərini gözləntilərdən aşağı salıb. Press-relizdə qeyd edildiyi kimi, aprel-iyun aylarında birdəfəlik faktorlar nəzərə alınmadan mənfəət əvvəlki rübdəki 7.73 milyard dollarla müqayisədə 6.29 milyard dollar təşkil edib.

Neft-qaz nəhənginin maliyyə hesabatında deyilir ki, yanvar-mart aylarındakı 7.36 milyard dollarla müqayisədə indi xalis mənfəət 3.52 milyard dollar olub. Kəskin azalma, digər məsələlərlə yanaşı, LNG, neft və neft məhsulları seqmentlərində emal marjasının və gəlirliliyin azalması ilə əlaqəlidir.

2023-cü ilin ikinci rübündə “Shell” 3.13 milyard dollar xalis gəlir, 5.07 milyard dollar mənfəət əldə edib. Ötən rübdə karbohidrogen hasilatının həcmi rüblük ifadədə 3% azalaraq sutkada 2.82 milyon barel neft ekvivalentinə düşüb.

“Shell” həmçinin növbəti rüblük mənfəətinin dərcindən əvvəl 3.5 milyard dollarlıq səhm satın alacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər