9 C
Baku
Monday, November 18, 2024

“Səba” ASC-nin satışa qoyduğu “Chicken Pro” şirkəti nizamnamə kapitalını azaldıb

“Chicken Pro.” MMC nizamnamə kapitalını 242 496 manat azaldaraq 32 103 459 manata endirdiyini elan edib.

Banker.az xəbər verir ki, şirkət “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə müəssə idi və “Səba” ASC-nin 29 iyul 2024-cü il tarixində keçirilən səhmdarların Ümumi Yığıncağında nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması haqqında məsələ müzakirəyə çıxarılmışdı. Həmin tarixdə həmçinin digər iki şirkət “Biləsuvar Aqro” və “Qarabağ Toxum”un da satılmasına dair adları vardı.

“Cəmiyyətin debitor və kreditorları bu barədə xəbərdar edilir və qanunla kreditorların nizamnamə kapitalı azalan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini və vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması bildirilir”, – deyə bildirilib.

Şirkət iclasdan cəmi iki gün əvvəl, 27 iyun 2024-cü il tarixində “Səba” ASC tərəfindən təsis edilmişdi.

Son xəbərlər
Digər xəbərlər