3 C
Baku
Saturday, December 14, 2024

Etherium Bitcoin-ə qarşı 8% bahalaşıb

Etherium (ETH) qiymətləri ötən həftə təxminən 16% artaraq, eyni müddətdə ən populyar kriptovalyuta Bitcoin-in gəlirliliyini iki dəfə üstələyib.

Banker.az xəbər verir ki, kapitalizasiya baxımından ikinci ən böyük kriptovalyuta – ETH qiymətinin artması ilə birlikdə orta komissiya haqları da bir neçə dəfə yüksəlib.

Son həftə ərzində Etherium-un kotirovkaları təxminən 8% Bitcoin-i qabaqlayıb. 18 sentyabr tarixindəki yerli minimumdan etibarən ETH/BTC nisbəti 0.0385-dən 0.0415-ə yüksəlib ki, bu da 2024-cü ilin may ayından bəri ən güclü hərəkətlərdən biridir.

ETH/BTC nisbətinin artması, Etherium-un Bitcoin-ə qarşı üç illik minimuma enməsindən sonra baş verib, avqust ayı isə ETH üçün 2022-ci ildən bəri ən pis ay olub.

23 sentyabr tarixinə (Bakı vaxtı ilə 18:30) Etherium-un qiyməti $2.67 min olub və kapitalizasiyası $321 milyarddan çox təşkil edib, son 24 saat ərzində 3.5% artım göstərib.

Son xəbərlər
Digər xəbərlər