22 C
Baku
Friday, September 27, 2024

Rusiyalı mayninq şirkətinin rəhbərinin sərvəti $230 milyona yüksəlib

“Bloomberg” Rusiyanın “BitRiver” mayninq şirkətinin rəhbəri İqor Runetsin sərvətini $230 milyon olaraq qiymətləndirib.

Banker.az xəbər verir ki, “Bloomberg Billionaires Index”in məlumatlarına görə, 38 yaşlı sahibkarın gəlirləri təxminən 230 milyon dollar təşkil edir. Bu məbləğ şirkətin təxmini dəyərinə və “BitRiver”in inşa etdiyi məlumat mərkəzlərində 1 mVt gücün təxmini maya dəyərinə əsaslanır.

“Bloomberg” yazır ki, 2017-ci ildə İqor Runets Stanford Universitetində MBA dərəcəsi alıb və orada mayninq haqqında məlumat əldə edib. O, həmin vaxt Rusiyanın Bratsk şəhərində ilk mayninq məlumat mərkəzini tikməyə başlayıb və onun sinif yoldaşları “BitRiver”in ilk müştərilərindən biri olublar. Hal-hazırda şirkət ümumi gücü 500 mVt-dan çox olan 15 məlumat mərkəzini idarə edir.

Nəşr “BitRiver” və Rusiyanın mayninq sənayesi haqqında ətraflı məqalə dərc edib. Amerikalı şirkətlərdən sorğu aparılan ekspertlər Rusiyada mayninqin leqallaşdırılmasını sanksiyalar şəraitində beynəlxalq hesablaşmaları asanlaşdırmaq üçün bir üsul kimi qiymətləndirirlər və belə bir addımın “rəqəmsal aktivlər sənayesinin qlobal mənzərəsini dəyişdiyini” və “beynəlxalq maliyyə və dünya kriptovalyuta hasilatı sənayesi baxımından həm risklər, həm də imkanlar yaratdığını” iddia edirlər.

İ.Runets RBK-ya şərhində öz gəlirlərinin qiymətləndirilməsi ilə bağlı fikir bildirməkdən imtina etsə də, amerikalı jurnalistlərin Rusiyanın sənaye mayninq sektoruna diqqət yetirməsinin təsadüfi olmadığını qeyd edib.

“Qərb Rusiyanın kriptovalyuta hasilatında dünya lideri olmaq perspektivlərini görür və açıq şəkildə bu barədə danışır”, – deyə Runets bildirib.

Onun sözlərinə görə, sənaye mayninqi Rusiyanın iqtisadiyyatının strateji əhəmiyyətli yeni sahəsinə çevrilir. Bu sahə əvvəlki illərdə də ölkədə aktiv şəkildə inkişaf etdirib və yalnız rusiyalı deyil, həm də beynəlxalq sifarişçilərin diqqətini cəlb edib.

Son xəbərlər
Digər xəbərlər