26 C
Baku
Wednesday, October 2, 2024

PAŞA Real Estate Qrup “Potensial Təchizatçılarla Görüş Günü” təşkil edir

®PAŞA Real Estate Qrup inşaat sektorunda fəaliyyət göstərən təchizatçıları “Potensial Təchizatçılarla Görüş Günü”nə dəvət edir. Tədbir yerli təchizatçılara PAŞA Real Estate Qrup -un mövcud və gələcək layihələri haqqında ətraflı məlumat almaq, qarşıdan gələn tenderlərdə iştirak imkanı qazanmaq və əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün dəyərli bir fürsət təqdim edir. 

Təchizatçılar görüş zamanı PAŞA Real Estate Qrup -un genişmiqyaslı layihələri ilə bağlı daha dərin məlumat əldə edərək, qarşıda reallaşdırılacaq tenderlərə erkən hazırlıq imkanı qazanacaqlar. 

Tədbirdə iştirak etmək üçün təchizatçılar, sadəcə aşağıda təqdim olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər. 

Qeydiyyat Formu https://www.surveymonkey.com/r/TQ73LXW   

Qeyd edək ki, görüşdə iştirak dəvət əsasında gerçəkləşəcək və yalnız seçilən şirkətlər tədbirə dəvət olunacaqlar.

PAŞA Real Estate Qrup haqqında:

PAŞA Holdinq-in aparıcı törəmə müəssisəsi olan PAŞA Real Estate Qrup Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda geniş iş fəaliyyəti ilə tanınır. Əmlak aktivlərinin dəyərini maksimal dərəcəyə çatdırmağı və müştəri məmnuniyyəti səviyyəsini yüksəltməyi hədəfləyən PAŞA Real Estate Qrup daşınmaz əmlakın idarə edilməsi sektorunda inqilabi dəyişikliklər və üstün investisiya gəlirlərini təmin etməyi əsas məqsəd olaraq görməkdədir.  

RC GDYRZ Facade 1

Crescent Baku scaled e1631344627253

photo 2024 10 02 11 56 44

1 M5B203 Portonovi apartment scaled

 

Son xəbərlər
Digər xəbərlər