16 C
Baku
Friday, October 18, 2024

Azərbaycanın bank sektoru COP29 çərçivəsində keçiriləcək Maliyyə günündə öhdəliklər götürəcək

Azərbaycanın bank sektoru bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq Maliyyə günündə maliyyə öhdəliklərini öz üzərinə götürməyi planlaşdırır.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurumun təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda bildirib.

“Bu addım sektorun iqlim dəyişikliklərinəqarşı mübarizə fəaliyyətindən irəli gələn layihələrə resurs ayırmağa hazır olduğunu nümayiş etdirir. Ümumiyyətlə, bank sektoru ölkə iqtisadiyyatının və maliyyə sektorunun bu sahədə üzləşdiyi riskləri nəzərə alaraq öz fəaliyyətini qurur, bu səbəbdən AMB ilə sıx əməkdaşlıq edərək dayanıqlı maliyyə prinsiplərinin risklərin idarə edilməsi və kreditləşmə təcrübələrinə inteqrasiyası üzərində çalışır”, – deyə o qeyd edib.

“Sığorta sektoru da dayanıqlılıqtəşəbbüslərinin həyata keçirilməsində aktiv iştirak edir. AMB hökumətlə birlikdə sığorta sektorunun bu istiqamətdə fəaliyyətini fəal dəstəkləyir. Bu çərçivədə bərpa olunan enerji sığortası, İqlim riskinin sığortası, eko-avtosığortası və kənd təsərrüfatı sığortası kimi seqmentlərin inkişafı diqqətdə saxlanılır. Əlavə olaraq hamını “yaşıl maliyyə” təşəbbüslərinə dəstək verməyə, bu yolda aktiv iştirak etməyə çağırıram”, – deyə sədr əlavə edib.

Son xəbərlər
Digər xəbərlər