15 C
Baku
Saturday, October 19, 2024

Sənaye avadanlıqları istehsal edən Özbəkistan şirkəti Azərbaycan bazarına çıxmaq niyyətindədir

Sənaye avadanlıqlarının istehsalı ilə məşğul olan Özbəkistan şirkəti Azərbaycan bazarına çıxmağı planlaşdırır.

Bu barədə Xəzər Tikinti Həftəsi çərçivəsində “JİHOZVENT” MMC-nin beynəlxalq ticarət üzrə baş mütəxəssisi Şerzod Səidov deyib.

“Biz ilk dəfədir ki, Azərbaycanda keçirilən sərgidə iştirak edirik və məhsullarımızı burada tanıtmaq üçün Azərbaycan şirkətləri ilə əməkdaşlıq əlaqələri qurmağa çalışırıq. Şirkət innovasiyalara böyük önəm verir və satış sahəsini genişləndirməyi, xüsusən də Avropa və Mərkəzi Asiya bazarlarına çıxmağı planlaşdırır.

İstehsalatda robot texnikasından fəal şəkildə istifadə edirik, bu isə məhsulun keyfiyyətini və səmərəliliyini yüksək səviyyədə saxlamağa imkan verir,” – deyə Ş.Səidov bildirib.

Qeyd edək ki, “JİHOZVENT” şirkəti Özbəkistan bazarında artıq 24 ildən çoxdur fəaliyyət göstərir və əsasən, ventilyasiya və kondisioner sistemləri istehsalı ilə məşğuldur. Şirkətdə 400-dən çox işçi çalışır və istehsal sahəsi 4 hektardan çox ərazini əhatə edir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər