13 C
Baku
Friday, November 22, 2024

 “Bank Avrasiya”nın Müşahidə Şurasına yeni təyinat

 “Bank Avrasiya” ASC-nin Müşahidə Şurasının üzvlərində də dəyişiklik olunmuşdur.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Seyidzadə Rüfət Faxrəddin oğlu Müşahidə Şurasının müstəqil üzvü təyin olunub və o, indiyədək Müşahidə Şurasının müstəqil üzvü olan Babaşov Vurğun Sitam oğlunu əvəz edəcək.

Seyidzadə Rüfət Faxrəddin oğlu informasiya təhlükəsizliyi sahəsində peşəkar mütəxəssisdir və uzun müddət ölkənin aparıcı şirkətlərindən biri olan “NAB Group of Companies” Şirkətində rəhbər vəzifələrdə çalışmışdır.

Məlumat üçün qeyd edək ki, hazırda Bankda Müşahidə Şurasına Aslanov Fuad Cəbrayıl oğlu sədrlik edir. Digər üzv isə Daşqın Miskin oğlu İsmayılovdur. 

Son xəbərlər
Digər xəbərlər