10 C
Baku
Thursday, November 14, 2024

Azərbaycan yeni metro stansiyaları tikmək üçün xaricdən kredit ala bilər

Avropa İnvestisiya Bankı (EIB) ilə Azərbaycanda metro şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşməsi məsələsi müzakirə edilib.

Banker.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Ölkəmizdə səfərdə olan Avropa İnvestisiya Bankının vitse-prezidenti Teresa Çervinska ilə görüşdük. Rəqəmsallaşma istiqamətində layihələrə dair fikir mübadiləsi apardıq”, – deyə paylaşımda bildirilib.

Son xəbərlər
Digər xəbərlər