15 C
Baku
Tuesday, November 19, 2024

2021-ci illə müqayisədə 2025-ci il dövlət büdcəsinin xərcləri 50% artıb

Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə dəstəyi ayrılacaq.

Bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 2024-cü ilin ilkin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 12,5% çoxdur: “Pandemiyada biz büdcədə azalmalar müşahidə edirdik. 2021-ci illə müqayisədə 2025-ci il dövlət büdcəsinin xərcləri 50% artıb”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər