9 C
Baku
Thursday, December 12, 2024

Nazir: Azərbaycanda pensiyaçıların pensiyada olma müddəti 14,8 ildir

Biz pensiyaların inflyasiyadan 3 dəfə artıq indeksasiyasını aparırıq.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu, Azərbaycan hökumətinin ən mütərəqqi addımıdır: “Pensiya sistemi sığorta sistemidir. Bu 12 illik dövr üzərindən hesablanmış mexanizmdir. Bu gün Azərbaycan pensiyaçılarının pensiyada olma müddəti 14,8 ildir. Bu özü göstərir ki, bizim pensiya sistemimiz sosialyönümlüdür. 57% yaşa görə pensiyaçılarımız 12 ildən artıq pensiya alır. Amma biz hər zaman qeyd edirik ki, pensiya sistemi dayanıqlı olmalıdır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər