7 C
Baku
Sunday, December 15, 2024

Treyderlər avro-yenada niyə qısa mövqe açırlar?

Fransada etimadsızlıq səsverməsi valyuta opsionları treyderlərini avronu yapon yeninə qarşı qısa mövqe (short position) açmasına təşviq edir.

Banker.az (İnvestisiya bölməsi) xəbər verir ki, ABŞ-nin dünya birjalarında klirinq və maliyyə xidmətlərini həyata keçirən “Depository Trust & Clearing Corporation”nunda avro-yen opsionlarının ticarəti son zamanlar artıb. Noyabrın əvvəlindən etibarən yalnız üç ticarət günü ticarət həcmi 3 milyard dolları keçib ki, onların ikisi son həftədə baş verib.

Valyuta cütlüyünün üç aylıq nəzərdə tutulan volotilliyi avqustdan bəri ən yüksək səviyyəyə yaxınlaşır.

“Son bir neçə ticarət günündə xüsusilə makro icma tərəfindən dollar-yen əvəzinə avro-yeni qısa mövqe üstünlük təşkil edir,” deyə “Nomura Singapore Limited”in baş foreks spot treyderi Qraham Smallşou qeyd edir.

Makro hedc fondları siyasi və ya iqtisadi hadisələrin səbəb olduğu ümumi bazar dalğalanmalarından qazanc əldə etməyə çalışır. Onlar Yaponiya valyutasının bu ay Yaponiya Bankının faiz dərəcələrini 25 baza bəndi artıracağı ilə bağlı bazar spekulyasiyalarının artması fonunda daha da yüksələcəyini proqnozlaşdırırlar.

Keçən həftə Yaponiya Bankının rəhbəri Kazuo Uedanın verdiyi “şahin” açıqlamalar yapon yeninin cəlbediciliyini daha da artırmağa kömək edib. Eyni zamanda, zəif regional iqtisadi məlumatlar onsuz da avronu investorlar üçün satmaq üçün cəlbedici bir valyutaya çevirirdi. Fransada çərşənbə günü keçiriləcək etimadsızlıq səsverməsinin ölkə hökumətini devirmək ehtimalı avronu satmaq üçün əlavə təzyiq yaradır.

Yen 2023-cü ilin dekabrından bəri avroya qarşı ən güclü səviyyəsinə yaxın ticarət edilir. Bununla belə, yaxınlaşan Fransa səsverməsinə baxmayaraq, qısamüddətli aşağı istiqamətli opsion ticarətləri makro fondların yerləşdirdiyi yeganə mövqe deyil.

“Nomura” avro-yenin aşağı istiqamətli ticarətlərinə tələbat görən yeganə maliyyə qurumu deyil. “JPMorgan Chase Bank” gələn ay prezident seçilmiş Donald Trampın andiçmə mərasimindən əvvəl investorların üstünlüklərində dəyişikliklər müşahidə etdiyi bildirilir. Bu barədə Bloomberg yazır. 345

Analitiklər düşünür ki, makro fondlar əsasən dollar-yeni qısa mövqe açmağa meylli olsalar da, orada administrasiya dəyişikliyindən yaranan qeyri-müəyyənlik səbəbilə onların üstünlüyü daha çox yəni digər valyutalara, xüsusilə də avroya qarşı almağa çevrilib.

Dekabrın 6-da açıqlanacaq ABŞ məşğulluq məlumatları Federal Ehtiyat Sistemi rəsmilərinin dekabr iclasında faiz dərəcələrini azaltmaq istəyinə təsir edə biləcəyi üçün dollarda satışı nəzərdə tutan ticarətləri çəkindirə bilər.

Son xəbərlər
Digər xəbərlər