10 C
Baku
Wednesday, December 18, 2024

Mərkəzi Bank üç sığorta vasitəçisinin lisenziyasını dayandırır

Mərkəzi Bankının 16 dekabr 2024-cü il tarixli Qərarı ilə siyahıda adları qeyd edilən 1 nəfər fiziki şəxs olan sığorta brokerinə və 2 nəfər sığorta agentinə verilmiş lisenziyaların qüvvəsi 1  ay müddətinə dayandırılıb.

Banker.az bunu Mərkəzi Banka istinadən xəbər verir.

Sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir.

Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.10-cu maddəsinə əsasən lisenziyalarının qüvvəsi dayandırılmış sığorta vasitəçilərinin SİYAHISI

Sığorta vasitəçisinin adı Fəaliyyət

növü

Lisenziyanın

tarixi

Lisenziyanın nömrəsi VÖEN
1 Abdullayev Fariz İldırım oğlu Broker 09.03.2016 088986 2003207402
2 İsbatov Elçin Nadir oğlu Agent 03.12.2018 SA-0114 2905072502
3 Qaracayev Nicat Tahir oğlu Agent 07.08.2012 000713 1002576062
Son xəbərlər
Digər xəbərlər