Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən daha bir valyuta mübadiləsi məntəqəsinə (exchange) lisenziya təqdim edilib.

Banker.az xəbər verir ki, 17 yanvar 2025-ci il tarixində “MMK-014” MMC-yə VMF-07 kodu ilə lisenziya təqdim edilib. Bununla da lisenziyalı “exchange”lərin sayı yeddiyə yeksəlib.

Şirkət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2, mənzil 2 qeydiyyatda olacaq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 45 ünvanında isə fəaliyyət göstərəcək.

Xatırladaq ki, “MMK-014” 2024-cü ilin yanvarında təsis edilib və 600 000 manat nizamnamə kapitalı var. Şirkətin direktoru Tural Mikayılov Məhərrəm oğludur.

Hazırda exchange-lər:

  1. “ELİKO” MMC
  2. “DELTA CAPITAL” MMC
  3. “ZUHUR” MMC
  4. “BAKI MƏRKƏZİ VALYUTA” MMC
  5. “META-KAPİTAL” MMC
  6. “Money Shop” MMC
  7. “MMK-014” MMC

“Exchange” Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsidir.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər – “Valyuta tənzimi haqqında”  Qanunu ilə müəyyən edilmiş qaydada valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış rezident hüquqi və fiziki şəxslər və qeyri-rezident hüquqi şəxslərin filiallarıdır.

Son xəbərlər
Digər xəbərlər