Tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar ayında istehsalın ümumi dəyəri 106.1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 2.2 faiz artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadın xəbər verir.
Ay ərzində asfalt istehsalı 66.7 faiz, tikinti gipsi istehsalı 45.7 faiz, tikinti kərpiclərinin istehsalı 41.9 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 40.7 faiz, sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 35.2 faiz, sement istehsalı 30.7 faiz, beton istehsalı isə 5.1 faiz artıb.