7 C
Baku
Wednesday, March 12, 2025

İnsan beyni 44 yaşdan sonra qocalmağa başlayır: alimlər bu prosesi necə yavaşlatmağın yollarını aşkarlayıblar

ABŞ alimləri insan beyninin təxminən 44 yaşdan etibarən daha pis düşünməyə başladığını bildiriblər. Stouni-Bruk Universitetinin əməkdaşları aparılan araşdırmalar nəticəsində ilk kognitiv qabiliyyətlərin pisləşmə əlamətlərinin orta hesabla 44 yaşda göründüyünü müəyyən ediblər. Bu araşdırmanın nəticələri PNAS jurnalında dərc edilib.

Beyin qocalmasının səbəbləri

Amerikalı alimlər müəyyən ediblər ki, insan beyninin qocalması əsasən neyronlarda enerji çatışmazlığı səbəbindən baş verir. Bu amil kognitiv funksiyaların zəifləməsinə səbəb olur.

Araşdırmalara görə, yaşla bağlı düşünmə zəifliyi ən çox 67 yaşda nəzərə çarpır. Təxminən 90 yaşında isə bu proses stabil hala gəlir.

Beyin qocalmasına nə təsir edir?

Mütəxəssislər 19 300 könüllü insanın genetik məlumatlarını təhlil ediblər. Araşdırmalar göstərib ki, beyinin funksiyalarının zəifləməsi GLUT4 və APOE zülalları ilə bağlıdır. GLUT4 zülalı qlükozanın mənimsənilməsinə, APOE isə lipidlərin nəqlinə cavabdehdir.

Məhz APOE zülalı Altsheymer xəstəliyinin risk faktorlarından biri hesab edilir.

Beyin qocalmasını necə yavaşlatmaq olar?

Alimlər təsdiqləyiblər ki, beyinin qocalma prosesini alternativ enerji mənbələri vasitəsilə yavaşlatmaq mümkündür.

40-80 yaş aralığında olan 100-dən çox insanın iştirakı ilə aparılan təcrübələrdə iştirakçılara qlükoza çatışmazlığını kompensasiya edən qida əlavələri verilib. Təcrübənin nəticələri göstərib ki, onların neyrometabolik göstəriciləri normaya dönüb. Alimlərin sözlərinə görə, vaxtında edilən profilaktik tədbirlər neyrodegenerativ xəstəliklərin inkişaf riskini azalda bilər.

Bundan əvvəl Yaponiyalı alimlər ərik (qaysı) meyvəsinin qocalmanın qarşısını almağa kömək etdiyini müəyyən ediblər.

 

Son xəbərlər
Digər xəbərlər