12 C
Baku
Friday, March 14, 2025

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Baş planları hazırlanır

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Baş planlarının hazırlanması işləri aparılmaqdadır.

Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, hesabat dövründə tikinti, şəhərsalma və xidmət sahəsində görülmüş işlərin də miqyası geniş olub. Belə ki, Nazirlər Kabinetinin qərarları ilə Kəlbəcər və Şuşa şəhərlərinin 2040-cı ilədək inkişafına dair Baş planları təsdiq edilib. Laçın və Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq üçün hazırlanıb, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Baş planlarının hazırlanması işləri aparılmaqdadır.

2024-cü ildə Şuşa rayonu üzrə Turşsu qəsəbəsinin, Ağdam rayonu üzrə Güllücə, Salahlı Kəngərli və Göytəpə kəndlərinin, Füzuli rayonu üzrə Horadiz və Qoçəhmədli kəndlərinin, Zəngilan rayonu üzrə Qıraq Müşlan kəndinin, Bartaz və Mincivan qəsəbələrinin (Həkəri qəsəbəsi ilə birlikdə), Cəbrayıl rayonu üzrə Soltanlı, Karxulu, Yuxarı Mərcanlı, Cocuq Mərcanlı və Mehdili kəndlərinin, Qubadlı rayonu üzrə Həmzəli, Balasoltanlı və Diləli Müskənli kəndlərinin, Laçın rayonu üzrə Kürdhacı, Pircahan, Ərikli və Səfiyan kəndlərinin, Kəlbəcər rayonu üzrə Zallar, Qamışlı, Otaqlı, Yanşaq və Çıraq kəndlərinin və İstisu qəsəbəsinin, Xocalı rayonu üzrə Malıbəyli və Ağdərə rayonu üzrə Suqovuşan və Umudlu kəndlərinin vahid şəhərsalma əsaslandırmaları təsdiq edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər