22 C
Baku
Monday, June 16, 2025

Türkiyə gəmilərin boğazlardan keçməsinə görə ödənişləri artıracaq

“Bosfor (İstanbul) və Dardanel (Çanaqqala) boğazlarından keçən gəmilərdən alınan ödənişin hesablanmasında istifadə edilən qızıl frankın qiyməti iyulun 1-dən etibarən 15% artırılaraq 5.83 dollara çatdırılacaq”.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Onun sözlərinə görə, dövlət ödənişlər hesabına ekoloji təhlükəsizliyin yaxşılaşdırılması üçün zəruri infrastrukturun və gəmilərin hərəkətinə nəzarət sistemlərinin təkmilləşdirilməsini davam etdirəcək.

Nazir xatırladıb ki, bu artım 2022-ci ildən bəri dördüncü olacaq.

Qeyd edək ki, gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsi qarşılığında ödəniş 1936-cı ildə boğazlar zonasında gəmiçiliyi tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frank əsasında hesablanır.

İmzalanan zaman qızıl frankı 0.8 dollara bərabər idi.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər