27 C
Baku
Friday, June 20, 2025

İran ilk dəfə döyüş şəraitində orta mənzilli “Səccil” raketindən istifadə edib

Tehran ilk dəfə döyüş şəraitində orta mənzilli iki mərhələli “Səccil” tipli ballistik raketindən istifadə edib.

Bu barədə “Tasnim” agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, İran İsrail ərazisinə bu tip üç raket atıb.

SEPAH-ın açıqlamasına əsasən əvvəlki bir neçə əməliyyat zamanı İsrailin hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib.

Məlumata görə, “Səccil” raketi 2008-ci ildə sınaqdan keçirilən, maksimum 2000 kilometr məsafəyə malik iki mərhələli ballistik raketdir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər