21 C
Baku
Friday, June 27, 2025

Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib

Rusiya və Türkiyə neft sektorunda birgə layihələrin təşviq edilməsi ilə bağlı razılığa gəlib.

Bu barədə cümə günü Moskvada keçirilən Rusiya-Türkiyə Hökumətlərarası Komissiyasının iclasının protokolunda deyilir.

“Tərəflər neft sahəsində fəaliyyət göstərən şirkətlərin layihələrini və əməkdaşlıq imkanlarını, o cümlədən üçüncü ölkələrdə birgə layihələri dəstəkləməyə hazır olduqlarını bəyan ediblər. Hər iki ölkədə ticarət və investisiyaların genişləndirilməsi üçün şəraitin yaxşılaşdırılmasının vacibliyi qeyd edilib”, – sənəddə bildirilir.

Protokolda həmçinin Rusiyanın Türkiyəyə neft tədarükünün sabit qaldığı vurğulanır.

Sənəddə qeyd olunur ki, Rusiya və Türkiyə qarşılıqlı faydalı şərtlərlə qaz tədarükü və ixracı haqqında müqavilələrin uzadılmasında maraqlıdır. “Tərəflər “Botaş” və “Qazprom eksport” şirkətləri arasında təbii qazın tədarükü və ixracı haqqında müqavilələrin hər iki şirkət üçün qarşılıqlı faydalı şərtlərlə uzadılmasında maraqlı olduqlarını vurğulayıblar”, – sənəddə deyilir.

Bundan başqa, yekun protokola əsasən, Türkiyə və Rusiyanın ticarət, investisiya və regional əməkdaşlıq üzrə işçi qrupunun 6-cı iclası 2026-cı ildə Rusiyada keçiriləcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər