2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan 602 255.06 ton buğda idxal edib.
Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 130 milyon 661 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 dəfəyə yaxın, dəyər baxımından isə 53.4% artıb.
2024-cü ilin 6 ayında isə Azərbaycana 85 milyon 179 min dollar dəyərində 386 022 ton buğda idxal edilmişdi.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1.13%-ni təşkil edib.