25 C
Baku
Thursday, September 11, 2025

Yelo Bank və Azərbaycan Badminton Federasiyası inklüziv idman təşəbbüsünə start verdi

®Yelo Bank və Azərbaycan Badminton Federasiyası yeni sosial təşəbbüsə sözün əsl mənasında imza atdı. Tərəfdaşlıq çərçivəsində fərqli inkişaf xüsusiyyətlərinə malik uşaq və yeniyetmələr üçün beynəlxalq yarışlara hazırlıq məqsədilə inklüziv badminton məşqləri təşkil olunacaq.

Məşqlər Bankın Baş ofisində “xüsusi badminton” formatında keçiriləcək. Bu yanaşma autizm spektr pozuntusu, daun sindromu və digər fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların rahat şəkildə oyuna qoşulmasına imkan yaradır. Sadələşdirilmiş qaydalar və motivasiyaedici üsullar sayəsində hər bir iştirakçı öz bacarığını göstərə, sosial mühitə daha aktiv şəkildə inteqrasiya ola biləcək.

İmzalanma mərasimində Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov iştirak ediblər. Tərəflər bu əməkdaşlığın uzunmüddətli və dayanıqlı olacağına inandıqlarını bildiriblər.

Yelo Bank “idman hər kəs üçün əlçatan olmalıdır” fikrini dəstəkləyir. Bu tərəfdaşlıq fərqli inkişaf xüsusiyyətli idmançıların potensialını göstərməyə, idman vasitəsilə cəmiyyətə aktiv inteqrasiya olmağa kömək göstərəcək. Bu təşəbbüsün təkcə bu gün üçün deyil, gələcək üçün də böyük dəyəri var — inanırq ki, onlar üçün yaradılan bu imkanla ölkəmizin gələcək badminton çempionları yetişəcək.

Bank əmanət faizləri ilə bağlı ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

DSC09452 37 scaled

DSC09562 68

DSC09562 69

 

DSC09785 128 scaled

DSC09802 130 scaled

Son xəbərlər
Digər xəbərlər