16 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, 720 günlü Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçirilib.
Banker.az xəbər verir ki, iki illik dölət istiqrazlarıın orta gəlirliliyi 6.73 faiz olub. Qeyd edək ki, sonuncu dəfə 2024-cü ilin dekabrında gəlirlilik 10.5% idi.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
Emitent | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi |
Dövlət istiqrazının növü | Kuponlu, ortamüddətli, dövlət istiqrazları |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ0201120026 |
İstiqrazların tədavül müddəti | 720 gün |
Buraxılış həcmi | 20,000,000 AZN |
Nominal dəyəri | 100 AZN |
Minimal qiymət | 94.6982 (9.9899%) AZN |
Maksimal qiymət | 101.8585 (6.0000%) AZN |
Kəsmə qiyməti | 100.2759 (6.8500%) AZN |
Ortaçəkili qiyməti | 100.5008 (6.7281%) AZN |
Reallaşdırılmış həcmi | 20,000,000 AZN |
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 86,152,100 AZN |
İnvestor sayı | 18 |
Sifarişlərin sayı | 35 |
Ödəmə tarixi | 16.09.2027 |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |