Türkiyə lirəsi ABŞ valyutası dollar qarşısında dəyər itkisini davam etdirir.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, lirə dollara qarşı nisbətdə 41,95-ə düşərək tarixi minimumunu yeniləyib.
Beləliklə, Türk pulu cari ilin əvvəlindən bəri 16% dəyər itirib. Beləliklə, valyutanın ardıcıl ucuzlaşma seriyası 15 həftəyə çatıb.
Lirənin zəifləməsi gözlənilən idi — 2023-cü ildən bəri valyuta demək olar ki, hər iki gündə bir antirekord yeniləyir.
Bununla belə Bloomberg agentliyinin qeydlətində onun üç aylıq volotilliyi öncəki aylarla müqayisədə daha aşağı sürətlə hərəkət edir. Məsələn ilin əvvəlindəki volotillik martda 24%ə qədər yüksəlmişdisə, hazırda 14%-dən aşağıdır.